Elçin Əmirbəyov Londonda yüksək səviyyəli görüşlər keçirib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyaya səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib.
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi açıqlama yayıb.
Bildirilib ki, E. Əmirbəyov Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Ed Llevelin, müdafiə və təhlükəsizlik üzrə direktor Conatan Allan, Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktoru Kristofer Allan, Parlamentin İcmalar Palatasının sədr müavini Nüsrət Qani, Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən və digər deputatlarla görüşlər keçirib.
Səfər çərçivəsində o, həmçinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda ekspertlər və akademik dairələrin iştirakı ilə təşkil olunan dəyirmi masada çıxış edib.
Bununla yanaşı, Elçin Əmirbəyov "The Guardian" və "Daily Express" nəşrlərinə müsahibələr verib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasi...