Elçin Əmirbəyov: “Son bəyanatlardan Ermənistanın sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərir. Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlardan onun sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
Azərbaycanın regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən E.Əmirbəyov, bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi Bakı tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...