Elçin Əmirbəyov: "Ermənistan prosesi ləngitsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan prosesi ləngitmək qərarınaəlsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu zərbaycan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin rusdilli xəbər xidmətinə müsahibəsində deyib.
“Biz tanıyırıq ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir.
Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əksinə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminatlara ehtiyacımız var. Bakı danışıqlara hazırdır", - E.Əmirbəyov bildirib.
Onun sözlərinə görə, növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər.
“Əsas məsələ bu məsələni sülh yolu ilə həll etmək üçün hər iki tərəfin kifayət qədər siyasi iradəsinin olub-olmamasıdır. Hesab edirəm ki, aramızdakı sərhəd nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. Hər hansı hərbi əməliyyatın bərpa olunma ehtimalı bir o qədər az olar”, - Prezidentin nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...