"Əl-Qəssam" briqadası israilli qadını və iki uşağını azad edib - VİDEO

Əl-Qəssam briqadası israilli qadını və iki uşağını azad edib - VİDEO
Video
Siyasət 11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün apardığı danışıqlar nəticə verib.

BAKU.WS xəbər verir ki, HƏMAS-ın silahlı qanadı olan "Əl-Qəssam" briqadası əsir götürdükləri israilli qadını və iki uşağı azad edib.

“Əl-Cəzirə” telekanalı qadın və uşaqların sərbəst buraxılması görüntüsünü efirə verib.

Qeyd edək ki, dünən Rəcəb Tayyib Ərdoğanla Ankarada Həmas rəsmiləri arasında görüş olub.

HƏMAS-ın həyata keçirdiyi hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilir. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 1100 nəfərin öldüyünü, 5339 nəfərin yaralandığını açıqlayıb.

Son xəbərlər