Əkrəm İmamoğlunun həbsi istənilib
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun "İdarə Heyətində çalışan dövlət məmurlarını davamlı olaraq təhqir etmə"yə görə 1 il 3 ay 15 gündən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, onun 4 noyabr 2019-cu ildə mətbuata açıqlamasında İdarə Heyətinin üzvlərini təhqir etdiyi iddia edilir. Əkrəm İmamoğlunun işi ilə bağlı rəyini açıqlayan prokurorluq onun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İmamoğlunun vəkili Kemal Polat müdafiə hazırlamaq üçün vaxt tələb edib. Vəkilinə vaxt verən məhkəmə iclası təxirə salıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...