Əhəd Abıyev sabiq icra başçısının oğlunu İŞDƏN ÇIXARDI

Əhəd Abıyev sabiq icra başçısının oğlunu İŞDƏN ÇIXARDI
Siyasət 399

Daşkəsən rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, RİH-nin başçısı Əhəd Abıyevin əmri ilə, hüquq şöbəsinin müdiri Elmar Şıxəliyev vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Şıxəliyev Sabirabad RİH-nin sabiq başçısı Vaqif Şıxəliyevin oğludur.

Xatırladaq ki, V.Şıxəliyev 1993-cü ildən 1995-ci ilədək Sabirabad rayonunun icra başçısı olub.

Son xəbərlər