Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun qardaşı Qadir Abıyev vəfat edib.
Əhəd Abıyev saytımıza bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:
"Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq qardaşım bu gün vəfat etdi".
Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.
Xatırladaq ki, Ə. Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.
Oxşar xəbərlər
Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" sosial...