Əfv olunan 11 qadın məhkum azadlığa çıxdı - FOTO

Əfv olunan 11 qadın məhkum azadlığa çıxdı - FOTO
Siyasət 263

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 12 nəfərə şamil olunub.

Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 11 məhkuma arayışlar təqdim edib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, bir qadın məhkumun cəzası isə yarıya endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

Əfv olunan 11 qadın məhkum azadlığa çıxdı - FOTO

Son xəbərlər