Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1,2 milyon dollar oğurlanıb

Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1,2 milyon dollar oğurlanıb
Siyasət 78

Əfqanıstanın dağlıq ərazilərində qəzaya uğrayan Rusiya təyyarəsindən 1,2 milyon dollardan çox oğurlanıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Əfqanıstan qəzeti məlumat yayıb.

Talibanın Bədəxşan qubernatoru Məhəmməd Əyyub Xalid hətta qəzaya uğrayan Rusiya təyyarəsindən külli miqdarda pulun oğurlanması faktını araşdırmaq üçün xüsusi komissiya da təyin edib.

Eyni zamanda, bildirilir ki, Rusiya təyyarəsinin qəzaya uğradığı yerə ilk gedənlər Taliban ordusunun baş qərargah rəisi Qari Fəsihəddin Fitratunun adamları olub.

Xatırladaq ki, yanvarın 20-də Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan vilayətində təyyarə qəzası olub.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.

Rusiyanın aviasiya idarəsi bazar günü Əfqanıstanın şimalında Moskvaya uçan çarter təyyarəsinin qəzaya uğradığı zaman 4 nəfərin sağ qaldığını bildirib.

Son xəbərlər