Taliban Əfqanıstanda musiqi alətlərini yandırdı - FOTO/VİDEO

Taliban Əfqanıstanda musiqi alətlərini yandırdı - FOTO/VİDEO
Foto Video
Siyasət 35

Taliban Əfqanıstanda musiqinin "mənəvi pozğunluğa" səbəb olduğunu iddia edərək, musiqi alətlərini yandırıb.

BAKU.WS xəbər verir ki, şənbə günü Əfqanıstanın qərbində baş verən hadisədə minlərlə dollar dəyərində musiqi aləti yanıb.

Əfqanıstan Milli Musiqi İnstitutunun yaradıcısı Əhməd Sarmast musiqi alətlərinin yandırılmasını “mədəni soyqırım və musiqi vandalizmi” kimi qiymətləndirib:

"Əfqanıstan xalqına sənət azadlığı verilmir... Heratda musiqi alətlərinin yandırılması Əfqanıstanda Taliban dövründə baş vermiş mədəni soyqırımın kiçik bir nümunəsidir", - deyə Sarmast BBC-yə açıqlamasında bildirib.

Qeyd edək ki, Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra ictimai yerlərdə musiqinin ifası da daxil olmaqla çoxsaylı məhdudiyyətlər qoyub.

Son xəbərlər