Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.
Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçdi.
Sonda rəsmi foto çəkdirildi.
Oxşar xəbərlər
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. BAKU.WS xəbə...