Efiopiyanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Efiopiyanın baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır. BAKU.WS "Report"a istinadən xəbər verir...