Eduard Bağırov 47 yaşında vəfat edib

Eduard Bağırov 47 yaşında vəfat edib
Siyasət 593

Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Varlamov News" teleqram kanalı məlumat yayıb.

Bağırov bir həftə idi ki, komada idi. Onda orqan çatışmazlığının yarandığı bildirilir.

E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. O, yazıçı, ssenarist, siyasi məsləhətçi, radio aparıcısıdır. 2007-ci ildə "Qastarbayter" romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə "Sevgililər", 2010-cu ildə isə "İdealist" romanı işıq üzü görüb.

Son xəbərlər