Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən bu gün və sabah götürüləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək”.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək:
“Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokurorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq”.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...