Ədən körfəzində daha bir gəmiyə hücum edildi
10
may
2024
12:01
Naməlum qüvvələr Ədən körfəzində daha bir gəmiyə hücum həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO, Yəmənin 195 dəniz mili şərqində baş verən hadisə ilə bağlı xəbərdarlıq alıb. Səlahiyyətlilər hadisənin şərtlərini araşdırır və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edir" ,-deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, məlumat hücuma məruz qalan gəminin kapitanından alınıb. Hələlik insidentlə bağlı əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Yəmən sahillərində növbəti gəmiyə hücum olub
Yəmənin Əl-Mukalla şəhərindən təxminən 102 dəniz mili cənub-qərbdə gəmiyə yeni hücum baş verib. Bu barədə Reuters agentliyi dəniz təhlükəsizliyi məsələləri ilə...