Düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin sayı açıqlandı - SİYAHI + FOTO

Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikasına dair məlumat yayıb.
BAKU.WS xəbər verir ki, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Goranboy üzrə yeddi nəfər həlak olub, 10 nəfər yaralanıb.
27 sentyabr 2020-ci ildə, saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (beş nəfər) tamamilə məhv olub.
Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Bərdə üzrə iki nəfər həlak olub, 12 nəfər yaralanıb.
Beyləqan üzrə iki nəfər həlak olub, iki nəfər yaralanıb.
Ağcabədi üzrə bir nəfər həlak olub, 19 nəfər yaralanıb.
Füzuli üzrə üç nəfər həlak olub, 17 nəfər yaralanıb.
Ağdam üzrə yeddi nəfər həlak olub, 40 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Mingəçevir üzrə beş nəfər yaralanıb.
Daşkəsən üzrə bir nəfər yaralanıb.
Cəbrayıl üzrə bir nəfər yaralanıb.
Xocalı üzrə bir nəfər yaralanıb.
Qəbələ üzrə bir nəfər yaralanıb.
Ümumilikdə 27 sentyabr 2020-ci ildən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...