Düşmən bir daha qadağan olunmuş raketlərdən istifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy ərazisinə atılan raketin bombleti zərərsizləşdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhəboyu ərazilərdə öz fəaliyyətini davam etdirir.
Bu gün Goranboy rayon ərazisində boş sahəyə düşən "Smerç" adlanan kaset başlıqlı raketin "9N235" model bombleti ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, bu bombletlər qəlpəlidir və içərisində yüngül zirehli maşınları, texnikaları sıradan çıxarmaq üçün 96, canlı qüvvəni məhv etmək üçün isə 360 ədəd qəlpə olur. Bu bu bombletləri daşıyan raketlərdən istifadə edilməsi isə qadağan olunub. Lakin buna baxmayaraq, ermənilər yenə də Azərbaycanın mülki şəxslərinə qarşı həmin raketlərdən istifadə edirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...