Düşmən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub, ölən və yaralananlar var

Düşmən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub, ölən və yaralananlar var
Siyasət 1411

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək", - nazirlikdən bildirilib.

Son xəbərlər