Dünyanın yaşamaq üçün ən bahalı şəhərlərinin adı açıqlanıb
2022-ci ilin birinci yarısında dünyanın hansı şəhərlərinin yaşamaq üçün ən bahalı olduğu açıqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Numbeo analitik xidməti hesablayıb.
Belə ki, birinci yeri Bermud adalarının paytaxtı Hamilton tutub. İlk 10-luğa İsveçrənin Bazel, Sürix, Zuq, Lozanna, Bern və Cenevrə şəhərləri və Amerikanın Honolulu, Santa Barbara və Nyu-York şəhərləri daxildir.
Rusiya şəhərlərinin yaşayış dəyəri baxımından əhəmiyyətli dərəcədə aşağı olduğu ortaya çıxıb. Peterburq 279-cu, Moskva - 287, Yekaterinburq - 298, Kazan - 300, Novosibirsk - 301, Krasnodar - 313, Nijni Novqorod - 316, Rostov-na-Donu - 345-ci sırada idi.
Daha əvvəl məlumat verilmişdi ki, Çukotkadakı Anadır 2021-ci ildə Rusiyada yaşamaq üçün ən bahalı şəhər, İnquşetiyadakı Nazran isə ən ucuz şəhər olub.
Oxşar xəbərlər
“Rusiya Kuril adalarının cənub hissəsini işğal edib” - Yaponiya XİN
“Rusiya Kuril adalarının cənub hissəsini işğal edib”. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda məlumatı “TASS” agentliyi yayıb. Bildirilib ki,...