Dünyanın ən yaşlı baş nazir ən gənc baş nazirə mesaj göndərdi

Dünyanın ən yaşlı baş nazir ən gənc baş nazirə mesaj göndərdi
Siyasət 483

Finlandiyanın yeni baş naziri Sanna Marin and içərək vəzifəsini icra etməyə başlayıb.

BAKU.WS xəbər verir ki, dünyada ən gənc hökumət rəhbəri adını qazanmış Sanna Marinə ən yaşlı həmkarından müraciət daxil olub.

Ölkəsinin tarixində üçüncü və ən gənc qadın baş naziri olan 34 yaşlı Marinə 94 yaşlı Malayziyanın baş naziri Mahathir Məməmməd bəzi məsləhətlər görüb.

Malayziyanın baş naziri gənc həmkarına məsləhət görüb ki, yaşlıların fikirlərinə də diqqət yetirsin: "Gənc insanların ideallarına güvənərkən yaşlıların da təcrübələri kənara atılmamalıdır".

Son xəbərlər