Dünyanın ən soyuq yaşayış bölgəsi - 70 dərəcə şaxtada həyat - VİDEO

Dünyanın ən soyuq yaşayış bölgəsi - 70 dərəcə şaxtada həyat - VİDEO
Video
Siyasət 3188

Türk bloger Ruhi Çenet və dostları insanların yaşadığı dünyanın ən soyuq bölgəsindən çəkiliş edib.

BAKU.WS-in məlumatına görə, Rusiyanın şimal-şərqində Yakutiya muxtar respublikasında yerləşən Oymyakon qəsəbəsi insanların yaşadığı dünyanın ən soyuq yeri kimi qeyd edilib. Hava temperaturunun mənfi 70 dərəcəyə qədər endiyi Oymyakonda yaşamaq çox fərqli və bir o qədər də çətindir.

Küçədə çəkiliş aparan blogerlər qısa bir müddət donma dəhlükəsi ilə üz-üzə qalıb.

Burada avtomobil yolda qalarsa, sizi ölüm təhlükəsi gözləyir. Maşının mühərrikinin yağı bir neçə dəqiqədə donur. Ona görə də donmamaq üçün bütün təhlükəli vəziyyətlər nəzərə alınır.

Son xəbərlər