Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçdi

09
apr
2020
19:49
Dünyada koronavirus qurbanlarının sayı 90 011 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (17 669), İspaniya (15 238) və ABŞ-da (14 739) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 539 000-i ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
İtaliyada koronavirusdan ölənlərin sayı 17 mini ötdü
İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub. BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello B...