Dünya şöhrətli fotoqrafın Kəlbəcərdən möhtəşəm FOTOsu

Dünya şöhrətli fotoqrafın Kəlbəcərdən möhtəşəm FOTOsu
Siyasət 426

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Kəlbəcər rayonundan yeni foto paylaşıb.

BAKU.WS xəbər verir ki, dünya şöhrətli fotoqraf “Twitter” hesabına yerləşdirdiyi fotonun altında bu sözləri qeyd edib:

“Murov dağına çatanda 3840 metr hündürlükdən Kəlbəcərin gözəlliyinə heyran oldum.

Azərbaycan əsgərlərinin mövcudluğu mənə müharibəni və bu regionun ermənilər tərəfindən işğal edildiyini xatırlatdı. Xatirələr keçmişdən geri qayıdır”.

Son xəbərlər