Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 mindən çox əhalisi olan Füzuli şəhəri hazırda... - VİDEO

Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 mindən çox əhalisi olan Füzuli şəhəri hazırda... - VİDEO
Video
Siyasət 322

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında şanlı Azərbaycan ordusunun işğaldan azad etdiyi Füzuli şəhəri və Qaraxanbəyli kəndi ilə bağlı paylaşımlar edib.

“Azad ediləndən sonra Azərbaycanın Füzuli şəhərinin girişi. Bir vaxtlar bura 100 mindən çox əhalisi olan şəhər olub. İndi isə bir sağlam bina da qalmayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, Qaraxanbəyli də erməni vandalizminə məruz qalıb:

“Heç bir sağlam tikili qalmayıb. Vandalizm heç bir sərhəd tanımayıb. Ermənistanın başqa cinayətləri də üzə çıxacaq”.

Son xəbərlər