Dünya çempionatında bomba həyəcanı - Futbolçular təxliyə edildi
22
noy
2022
12:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə keçirilən dünya çempionatında Qana milli komandasının qaldığı oteldə bomba həyəcanı verilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, komanda Dohadakı oteldən evakuasiya olunub.
Məlumata görə, bütün qonaqlar "Double Tree Hilton" otelini tərk etmək məcburiyyətində qalıblar. Əraziyə xilasedicilərlə yanaşı, yanğınsöndürənlər də cəlb edilib, binaya baxış keçirildikdən 45 dəqiqə sonra insanlara geri qayıtmağa icazə verilib.
Qeyd edək ki, Qana millisi Portuqaliya, Uruqvay və Cənubi Koreyanın seçmələri ilə eyni qrupda yer alır.
Oxşar xəbərlər
DÇ-2022: Qətərdə mundial vaxtı ilk dəfə narkotik müsadirə edilib
Qətərdə dünya çempionatının startından bu yana ilk dəfə narkotik müsadirə edilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, ölkənin gömrük xidməti Dohadakı Hə...