DÇ-2022: Qətərdə mundial vaxtı ilk dəfə narkotik müsadirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə dünya çempionatının startından bu yana ilk dəfə narkotik müsadirə edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, ölkənin gömrük xidməti Dohadakı Həmad Beynəlxalq Hava Limanında adı açıqlanmayan sərnişinin çantasından 1990 ədəd qadağan olunmuş tramadol həbləri (yüksək asılılıq yarada bilən güclü ağrıkəsici) və 464,5 qram həşiş aşkarlayıb.
Qətərdə narkotik vasitələrin saxlanması, istifadəsi və ya qaçaqmalçılığına görə uzunmüddətli həbs, böyük cərimələr və ölkədən qovulmaq kimi cəzalar nəzərdə tutulub.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.
Oxşar xəbərlər
Ukrayna Baş Qərargahı: "Rusiyanın canlı qüvvə itkiləri 20 000-ə çatıb"
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ukrayna Silahlı...