Dünya bu hadisədən danışır - Güclü işıq şüası, naməlum maşın və insan olmayan NƏHƏNG CANLI - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 30-da ABŞ-nin Las-Veqas şəhərində baş verən hadisə zamanı bir ailə polisə zəng edərək həyətlərinə naməlum maşının düşdüyünü iddia edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu zaman, səmadakı işıq şüası Las-Veqas polisinin kamerasına da əks olunub. Bu işığın hətta Yuta və Kaliforniyadan da göründüyü iddia edilir.
Məlumata görə, göydəki işıq görüntülərindən 39 dəqiqə sonra polisə zəng edən adam göydən düşən parlaq bir obyekt gördüyünü deyib və sonra onlar öz həyətlərində ən azı 2,5 metr hündürlüyündə, nəhəng gözləri olan tamamilə insan olmayan varlıqlar gördüklərini söyləyiblər.
Sözügedən xəbərlə bağlı sosial şəbəkədə paylaşılan görüntülər ictimaiyyəti çaşdırıb. Yeni görüntülərdə “yadplanetli” olduğu iddia edilən “məxluq”un nə edəcəyini bilmədən bağ hasarının önündə hərəkət etdiyi müşahidə edilir. Bəzi istifadəçilər şəkillərin filmlərdə istifadə olunan "CGI" texnologiyası ilə yaradıldığını irəli sürüblər.
Oxşar xəbərlər
ABŞ səmasında daha bir müəmmalı obyekt - FOTO/VİDEO
Bir neçə gün öncə Alyaska səmalarında görünən qeyri-adi görünüşlü parıltının sirri nəhayət açılıb. Məlum olub ki, bu, çoxlarının ehtimal etdiyi kimi yadplanetli...