Dünya Bankı: Ukraynanın yenidən bərpası üçün 486 milyard dollar lazımdır

Dünya Bankı: Ukraynanın yenidən bərpası üçün  486 milyard dollar lazımdır
Siyasət 13

Dünya Bankı Ukraynanın yenidən bərpası üçün lazım olan vəsaiti açıqlayıb.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, iki ildir davam edən müharibənin fəsadlarını aradan qaldırmaq üçün 486 milyard dollara ehtiyac olduğu qeyd edilib.

Bu Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Komissiyası və Kiyev höküməti tərəfindən aparılan araşdırmalar zamanı məlum olub.

Bildirilib ki, yanlız bu məbləğlə Ukrayna iqtisadiyyatını yenidən dirçəldərək əvvəlki hala salmaq olar. Dünya Bankı bu vəsaitin Ukraynanın Rusiya işğalına məruz qaldığı 24 fevral 2022-31 dekabr 2023-cü il tarixləri üçün hesablandığını bildirib.

Xatırladaq ki, Dünya Bankı inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədi ilə yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.

Son xəbərlər