Döyüşsüz geri alınan Kəlbəcər: Beş il əvvəl noyabrın 25-də nələr baş verdi?
Kəlbəcər illərlə həsrətini çəkdiyimiz və razılaşma yolu ilə geri qaytarılan doğma torpaqlarımızdan biridir.
25 noyabr 2020-ci ildə Azərbaycan əsgərinin Kəlbəcərə döyüşsüz daxil olması regionun strateji reallığını dəyişən tarixi hadisə oldu. İkinci Qarabağ müharibəsində əldə edilən həlledici uğurlar Ermənistan rəhbərliyini faktiki kapitulyasiyaya məcbur etdi.
10 noyabr bəyanatına əsasən, Kəlbəcər noyabrın 15-dək təhvil verilməli idi. Lakin Ermənistan prosesi uzatdığı üçün Azərbaycan humanitar səbəblərlə müddəti noyabrın 25-ə qədər irəli çəkdi.
Nəticədə, işğalçı qüvvələr və qanunsuz məskunlaşan şəxslər rayonu tərk etdilər. Azərbaycan Ordusu həmin gün Kəlbəcərə daxil olaraq dövlət suverenliyini bərpa etdi. Bu proses mürəkkəb dağlıq relyef, sərt iqlim və minalanma risklərinə baxmayaraq, uğurla həyata keçirildi. Diplomatik həll mümkün hərbi itkilərin qarşısını aldı və bölgə tam döyüşsüz geri qaytarıldı.
1993-cü ildə doğma yurdlarından didərgin salınan kəlbəcərlilər üçün 25 noyabr geriyə dönüşün başlanğıcı oldu. Bu gün dövlət strategiyası Kəlbəcəri təkcə hərbi-strateji nöqteyi-nəzərdən deyil, həm də iqtisadi, ekoloji və turizm potensialı baxımından tam şəkildə yenidən qurmağı hədəfləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Ceyhun Bayramov Vatikan Apostol Kitabxanasında olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Apostol Kitabxanasında olub. BAKU.WS xəbər verir ki, nazir bu barədə "X" sosia...