Dövlət qulluğuna qəbulla bağlı bəzi sənədlərə dəyişiklik edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
BAKU.WS bu barədə President.az-a istinadən xəbər verir.
Dəyişikliklə:
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582 (Cild I) ilə təsdiq edilmiş "Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi"nin 1.1-ci bəndindən ", ilk dəfə əmək fəaliyyətinə başlayanlar və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, sosial sığorta nömrəsi (SSN)" sözləri çıxarılır;
- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226 (Cild I); 2024, № 8, maddə 943; 2025, № 4 (I kitab), maddə 325) ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na 2 nömrəli əlavə - "Kadrlar uçotunun şəxsi vərəqəsi"ndən "Sosial sığorta nömrəniz (SSN)______" sözləri çıxarılır;
- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842 (Cild I); 2025, № 4 (I kitab), maddə 345) ilə təsdiq edilmiş "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi"nin 1.1-ci bəndindən ", ilk dəfə əmək fəaliyyətinə başlayanlar və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, sosial sığorta nömrəsi (SSN)" sözləri çıxarılır.
Bu fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə buradan tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib
Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən keçib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, humanitar...