Dövlət Departamenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Ermənistan və Azərbaycan arasında son ikitərəfli XİN çağırışı, Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyinə dair son şərhlərini, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarını alqışlayır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə açıqlama ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu tviter hesabında yer alıb.
“Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endrü Şoferi regiona göndərir”, - tviterdə qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verib. BAKU.WS müsahibənin tam mətnini təqdi...