Dövlət başçısı: "Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir"
"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
"Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, "Dəmir yumruq" birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, "Dəmir yumruq" hər zaman yerində olacaq", - deyə dövlətimizin başçısı qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...