Donald Tramp İlham Əliyevə: Dayanıqlı sülh üçün Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə dayanıqlı sülh naminə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini bildirib.
BAKU.WS xəbər verir ki, ABŞ Prezidentinin Azərbaycan liderinə Sülh Şurasına dəvətlə bağlı göndərdiyi məktubda qeyd olunub ki, bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək:
"Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.
Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram".
Oxşar xəbərlər
Şimali Kipr Türk Respublikasının baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin...