Doğukan Manço: "Barış Manço axtarılır" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum müğənni Barış Mançonun oğlu Doğukan atasının həyatından bəhs edəcək filmdən danışııb.
BAKU.WS xəbər verir verir ki, o Barış Mançonu canlandıracaq aktyorun axtarıldığını lakin hələ tapılmadığını bildirib:
"Barış Manço axtarılır. Məndən "Atanı oynaya bilərsənmi?" - deyə soruşdular. Çox istərdim, amma aktyor deyiləm. Hələ ki kastinqlər davam edir. Mənim ürəyimdə müəyyən aktyor yoxdur. Biz bacarıqlı aktyoru ekranda görmək istəyirik.
Həyatımın 24-25 ilini bu adı layiq görməyə və qorumağa həsr etdim. Bu saatdan sonra geri çəkilməyəcəyəm... Həyatımdan çox şey verdim".
Doğukan onu da qeyd edib ki, ailəsi və özü senarini dəstəkləyib. Sadəcə baş rol üçün seçiləcək aktyor qalıb.
Oxşar xəbərlər
Barış Mançonun ölümündən əvvəl aldığı bu maşın Türkiyəyə gətiriləcək - FOTO
Əfsanəvi müğənni Barış Mançonun ölümündən əvvəl Belçikada aldığı qırmızı rəngli avtomobili Türkiyəyə gətiriləcək. BAKU.WS xəbər verir ki, bununla bağlı sənətçi...