DİN-in əməkdaşına yeni vəzifə verildi

DİN-in əməkdaşına yeni vəzifə verildi
Siyasət 232

Daxili İşlər Nazirliyində (DİN) daha bir kadr təyinatı həyata keçirilib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev vəzifəsindən azad edilib.

Digər əmrlə E.Dəmirçiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumatı təsdiqləyiblər.

Son xəbərlər