DİN-dən vətəndaşlara MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
“Azərbaycan tarixdə ilk dəfə yeni ilə bütöv, ərazi bütövlüyü tam bərpa edilən dövlət kimi daxil oldu. Vətənimizə xidmətdən qürur duyuruq.
Xidmətimiz quruda, suda, havada, metro stansiyalarında, yollarda gücləndirilmiş rejimdə davam edir. İstirahət günlərinin təhlükəsiz şəraitdə keçməsi üçün daxili işlər orqanlarının hər bir əməkdaşı əzmlə, fədakarlıqla, fasiləsiz çalışır.
Xahişimiz ondan ibarətdir ki, hər bir şəxs ictimai qaydaya əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdır.
Təhlükəsizlik fərdi məsələ deyil, hər kəsin əməl etməli, qorumalı olduğu dəyərdir, niyyətdir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...