DMX rəisi dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti dəfə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Məlumata əsasən, görüşdə mentorluq proqramı çərçivəsində görülmüş işlərə nəzər salınıb, bu sahədə Şahlar Məmmədovun qazandığı yeni biliklər, növbəti addımlar və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Şahlar Məmmədovun mentorudur.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...