Ditmir Buşati: Seçkilərin nəticələri ilə bağlı nəticə çıxarmaq hələ tezdir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermə yeni başlayıb və onun nəticələri ilə bağlı hər hansı nəticə çıxarmaq hələ tezdir.
"Report" xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib.
Bununla belə, müşahidə missiyasının rəhbəri qeyd edib ki, ATƏT nümayəndələri seçkilərin bütün aspektlərini nəzərə almaq üçün artıq siyasi partiyalarla tanış olublar:
"Ölkədə olduğumuz müddətdə hökumət rəsmiləri, hökumət üzvləri, müxalifət nümayəndələri ilə görüşmək imkanımız oldu. Siyasi partiyalar və media nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti fəalları ilə ölkədəki siyasi hadisələrin dəqiq mənzərəsi ilə tanş olmaq üçün görüşlər keçirdik".
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...