Direktor: “İtkin düşmüş 4 min azərbaycanlının genetik profili yaradılıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“İtkin düşmüş 4 min vətəndaşımızın hər birinin 3 yaxınından genetik materiallar götürülüb. Artıq onların hər birinin genetik profili hazırdır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.
Onun sözlərinə görə, aşkar edilmiş bütün sümük qalıqları xüsusi depolarda saxlanılır: “Prezidentin tapşırığına əsasən bütün itkin düşmüş şəxslərin axtarışı sonuncu tapılana qədər davam edəcək”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...