Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə Laçın rayonuna yola düşüblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər çərçivəsində Laçın şəhərində yerləşən "Zerti Aqro Sənaye Parkı"nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.
Diplomatların "Laçın" İstirahət Kompleksini ziyarəti də nəzərdə tutulur.
Qeyd edək ki, baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 21-ci səfəridir.
Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün "Laçın Aqro-Sənaye Parkı"nda olublar. BAKU.WS report-a istinadən xəbər verir ki, onlara sənaye parkında...