Dilan Polat həbsdə intihara cəhd edib? - Vəkili açıqladı - FOTO

Dilan Polat həbsdə intihara cəhd edib? - Vəkili açıqladı - FOTO
Foto
Siyasət 7

Noyabrın əvvəlində həbs edilən türkiyəli fenomen Dilan Polatın həbsdə intihara cəhd etdiyi ilə bağlı yayılan iddialar təkzib olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Polatın vəkili Osman Eryiğit açıqlama verib.

"Dilanın zəif olduğunu, intihar edəcəyini söyləyən manipulyasiyalara inanmamağı təklif edirəm. Bu gün qızı ilə görüşdü, vəziyyəti çox yaxşı idi, üzü gülürdü. “Mən günahsız olduğumu bilirəm, sadəcə bunun başa düşülməsini səbirlə gözləyirəm” dedi. Dilan çox dəyişib, başqa birinə çevrilib. Azadlığa buraxılsa sevənləri çox başqa Dilanla qarşılaşacaq. Məktublar üçün hər kəsə təşəkkür etdi”, - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, noyabrın 1-də Türkiyədə həyata keçirilən əməliyyat nəticəsində Dilan Polat və əri Engin Polat da daxil olmaqla 17 nəfər saxlanılmışdı. Onlar çirkli pulların yuyulması iddiası ilə ittiham olunurlar.

Son xəbərlər