DGK-nin general rütbəsi alan əməkdaşları - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.
Bu gün DGK-də gömrük işçilərinin peşə bayramı münasibətilə keçilən mərasimdə general rütbəsi alan əməkdaşlara təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...