Dərbənddə öldürülən keşişin qızı danışdı: "Atamı alnından vurdular"

Dərbənddə öldürülən keşişin qızı danışdı: Atamı alnından vurdular
Siyasət 172

Dağıstanda iki terrorçu Dərbənd şəhərində yerləşən "Müqəddəs Məryəm Ana" kilsəsinə hücum edib.

Hücum nəticəsində həlak olan rahib Nikolay Kotelnikovun qızı Olqa Lobova "İzvestiya" qəzetinə danışıb.

O bildirib ki, cinayətkarlar içəri girərək mərkəzi ikonanı yandırıb və ətrafa atəş açmağa başlayıblar.

"Sonra nizamsız atəş açmağa başladılar, rahibin evinə girdilər. Evi yandırdılar. Bütün bunları anam gördü. Mən isə o vaxt kiçik qızımla mağazada idim," - deyə qadın bildirib.

Onun sözlərinə görə, silahlılar rahibin alnına güllə vurublar. Qətlə yetirilən rahibin 66 yaşı olub.

Qeyd edək ki, hücum anında kilsədə təxminən 40 nəfər dindar olub. Elə həmin vaxt Dərbənddə silahlılar yerli sinaqoqu da yandırdılar. Təxminən eyni vaxtda silahlılar Mahaçqalada DYP postuna atəş açıblar.

Son xəbərlər