Deputat dövlət əleyhinə danışanların həbsini tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Elman Məmmədov dövlət əleyhinə danışanlara qarşı sərt tədbirlər görülməsini təklif edib.
BAKU.WS-in oxu.az-a istinadən məlumatına görə, Elman Məmmədov qeyd edib ki, ölkə daxilində bəzi dairələr dövlətin təhlükəsizliyinə qarşı fikirlər səsləndirir.
“Oturublar, ağıllarına gələni danışırlar. Xaricdə oturanları başa düşdük, onları həbs etmək bizim səlahiyyətimizdə deyil. Yaxşı, bəs Azərbaycanın daxilində oturanlar niyə həbs edilmir?” - deyə o əlavə edib.
Deputat təklif edib ki, dövlətin təhlükəsizliyi üçün təhdid yaradanlar haqqında qanunun ən sərt üzü göstərilməlidir.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...