Dənizin çəkildiyi Fethiyedə qorxulu mənzərə - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Muğla əyalətinin Fethiye rayonunda dəniz təqribən 10 metr geri çəkilib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, suyun çəkilməsi ilə Fethiye Körfəzində yaranan görüntü gəzməyə gələnləri təəccübləndirib.
Dənizin çəkilməsindən sonra kiçik ada da üzə çıxıb.
Dənizdə baş verən çəkilmənin zəlzələ ilə heç bir əlaqəsinin olmadığı və zəlzələni proqnozlaşdırmaq üçün heç bir təbii hadisənin baş vermədiyi vurğulanıb.
Xatırladaq ki, daha əvvəl Türkiyənin İstanbul şəhərində Avcılar çimərliyi istiqamətində dəniz təqribən 15 metr geri çəkilib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə dəniz 15 metr çəkildi - FOTO
Türkiyədə dəniz 15 metr geri çəkilib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, dəniz İstanbulun Avcılar çimərliyi istiqamətində "Küçük kumsal" adlandırı...