Dəməşqdə tarixi görüş: Hakan Fidan Suriya Demokratik Qüvvələrinin inteqrasiyasından danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın daxil olmaqla yüksəksəviyyəli nümayəndə heyəti mühüm danışıqlar aparmaq üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şaraa və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib.
Görüşlərdə Əsəd rejiminin devrilməsindən sonra Türkiyə-Suriya münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ətraflı şəkildə müzakirə olunub. Səfər zamanı həmçinin Türkiyənin milli təhlükəsizlik prioritetləri üçün vacib olan 10 mart Sazişinin icra prosesi də nəzərdən keçirilib.
Türkiyə və Suriyanın ortaq maraqlarına uyğun olaraq, Suriyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirakı, həmçinin regional zəifliklərdən istifadə etməyə çalışan İŞİD-in yenidən dirçəlişinin qarşısını almaq üçün əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin Suriyanın müharibədən sonrakı yenidən qurulması üçün ikitərəfli layihələrin qiymətləndirilməsi və Suriya hökumətinin potensialının gücləndirilməsi təşəbbüslərinə diqqət yetirilib.
Xarici işlər naziri Hakan Fidan Dəməşqdəki görüşlərdən sonra suriyalı həmkarı ilə mətbuat konfransı keçirib. O bildirib ki, Suriya Demokratik Qüvvələri adlı silahlı birləşmə ölkənin rəsmi silahlı qüvvələrinə inteqrasiya olunmalıdır.
Türkiyə XİN rəhbəri həmçinin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə də toxunub: "Gözləntimiz odur ki, ikinci mərhələ yeni ilin ilk həftələrində cənab Trampın bəyanatı ilə dərhal başlayacaq", - deyə Hakan Fidan qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Zat...