Dəhşətli qəza - Gənc qadın yük maşınına çırpılan avtomobildə sıxılaraq öldü - VİDEO

Dəhşətli qəza - Gənc qadın yük maşınına çırpılan avtomobildə sıxılaraq öldü - VİDEO
Foto Video
Siyasət 213

Türkiyədə, Düzcedə Anadolu şossesində yük maşınına arxadan çırpılan minik avtomobilinin sürücüsü avtomobilin içində sıxılaraq həyatını itirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza anı başqa bir avtomobilin təhlükəsizlik kamerasına düşüb.

Hadisə ötən gecə Türkiyə vaxtı ilə saat 21.30 radələrində Anadolu magistralının dağ tuneli çıxışında meydana gəlib. Ankaradan İstanbula gedən Tuba Elitaşın (31) idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan Semih Şirin idarə etdiyi yük maşınına çırpılıb.

Qəzanın təsirindən avtomobil deformasiyaya uğradığı üçün hadisə yerinə polis, yanğınsöndürmə və həkim briqadası göndərilib.

Avtomobildə ilişib qalan sürücü Tuba Elitaş hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, gənc qadının avtomobili yük maşınına dəymədən əvvəl o əyləci belə basa bilməyib. Yanğınsöndürənlər tərəfindən sıxışdığı yerdən çıxarılan Elitaşın cəsədi yarılma üçün Düzce Universitetinin meyitxanasına aparılıb.

Tuba Elitaş Düzcedə uşaq bağçasında təmizlikçi işləyirmiş. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər