Dəfn mərasimində silahlı insident: 5 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda dəfn mərasimində çıxan silahlı insidentdə biri ağır olmaqla 5 nəfər yaralanıb.
BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, 28 yaşlı B. Akın adlı şəxs qohumunun dəfn mərasimində düşmənliyi olan şəxslə mübahisə etməyə başlayıb.
Mübahisədən sonra B. Akın düşmənçilik etdiyi şəxsə silahla atəş açıb.
Hadisə nəticəsində B. Bahar, Halil C, S. Nimet, B. Fatih və B. Cuma adlı şəxslər yaralanıb.
Yaralılar rayon və şəhər xəstəxanalarına aparılıb.
Məlumata görə, C. Halilin vəziyyəti ağırdır.
Hadisə yerindən qaçan Akının axtarışları davam edir.
Oxşar xəbərlər
Hava limanında naməlum uçan obyekt həyəcanı! - Bütün uçuşlar dayandı - FOTO
Türkiyənin Qaziantep şəhərinin hava məkanında naməlum obyektin görünməsi səbəbindən gecə yarısından etibarən Qaziantep Hava Limanından uçuşlar dayandırılıb. BA...