DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək
29
sen
2022
19:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı izləmək istəyən əcnəbi azarkeşlərdən ölkəyə giriş zamanı koronavirusla bağlı mənfi test nəticəsi tələb olunacaq.
BAKU.WS "report"a istinadən xəbər verir ki, analiz səyahətdən 48 saat öncə götürülməlidir. Fanatlar səfərdən öncə "Ehteraz" adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir.
Bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Oxşar xəbərlər
FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırdı
FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölkə millisi 2022-ci il düny...