Türkiyədə attraksion ağaca çırpıldı: Yaralılar var - FOTO

03
avq
2023
13:05
Türkiyədə, İzmir şəhərinin Buca rayonunda əyləncə parkında yelləncək ağaca çırpılıb.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki,nəticədə 6 nəfər xəsarət alıb.
Məlumata görə, lunaparkda əylənən bir qrup şəxs yelləncəkə minib.
Bir müddət sonra enərkən naməlum səbəbdən bağlanmayan yelləncək əvvəlcə sağa-sola doğru hərəkət edib, daha sonra ağaca çırpılıb. Yelləncəkdə olan 6 nəfər yaralanıb. Hadisə yerinə jandarma və tibb işçiləri cəlb olunub.
Yaralıların həyatı üçün təhlükə yoxdur. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə avtobus qəzaya uğradı: Yaralılar var - FOTO
Türkiyənin Antalya şəhərinin Korkuteli rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, qəzada...
